Şəfəqə Doğru » Gündəm » KTMT Paşinyanın açıqlamasına cavab verdi

KTMT Paşinyanın açıqlamasına cavab verdi

KTMT Paşinyanın açıqlamasına cavab verdi
Bu barədə yerli "Joğovurd” qəzeti yazıb
KTMT sözçüsü Vladimir Zainetdinov Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın təşkilatla bağlı açıqlamalarının nəzərə alındığını və məsləhətləşmələrin davam etdiyini bildirib.

Qazet.az xəbər verir ki, bu barədə yerli "Joğovurd” qəzeti yazıb.

Xatırladaq ki, dünən Nikol Paşinyan parlamentdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Azərbaycan qoşunlarının Ermənistandan çıxarılması ilə bağlı konkret bir mövqe sərgiləmədiklərini və hökumətin BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyini istisna etmədiyini bildirib. Paşinyan Ermənistanın müttəfiqi KTMT-nin atdığı addımların "sürətindən” narazıdır.