Şəfəqə Doğru » Gündəm » Ərdoğanı hələ yaxşı tanımırsız: "Bura babalarınızın Türkiyəsi deyil"

Ərdoğanı hələ yaxşı tanımırsız: "Bura babalarınızın Türkiyəsi deyil"

Ərdoğanı hələ yaxşı tanımırsız: "Bura babalarınızın Türkiyəsi deyil"
ABŞ-ın "Wall Street Journal” nəşri "Bura babalarınızın Türkiyəsi deyil” başlıqlı məqaləsində Vaşinqton-Ankara münasibətlərindən bəhs edib.

Metbuat.az xəbər verir ki, müəllifin qeydlərinə görə, Bayden adminstrasiyası Türkiyəyə qarşı yeni yol xəritəsi hazırlamalıdır. Müəllif hesab edir ki, Türkiyə soyuq müharibə zamanı olduğu kimi qərbin sadiq tərəfdarı deyil amma yenə də önəmli müttəfiqdir:

"Türkiyə ABŞ-ın önəmli müttəfiqlərindən biridir. Amma ABŞ-a digər NATO üzvlərindən daha çox problemlər yaradır. Türkiyə prezidentinə yaxın dairələr 2016-cı ildə hərbi çevriliş cəhdinin arxasında ABŞ-ın olduğuna inanır. Türkiyə-ABŞ münasibətləri qarışıq hala gəlib. Vaşinqton yeni müttəfiqlik xəritəsinin necə olacağını hələ müəyyən etməyib”.

Məqalədə qeyd edilir ki, Ankaranın xarici siyasəti daha müstəqil hala gəlib. Qərb Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin atacağı addımları proqnozlaşdırmaq çətinləşib. Türkiyə dövləti gözlənilməz addımları ilə təəccübləndirir. Müəllif qeyd edir ki, Vaşinqton Türkiyənin Hollandiya, Norveç və İspaniya kimi davranmasını gözləyərsə, nəticə hər iki tərəfi məyus edəcək.