Şəfəqə Doğru » Gündəm » Tanınmış hüquqşünasdan DYP ilə bağlı daha bir açıqlama: "Bu, bilərəkdən əhalini narazı salmaq məqsədi daşıyır"

Tanınmış hüquqşünasdan DYP ilə bağlı daha bir açıqlama: "Bu, bilərəkdən əhalini narazı salmaq məqsədi daşıyır"

Tanınmış hüquqşünasdan DYP ilə bağlı daha bir açıqlama: "Bu, bilərəkdən əhalini narazı salmaq məqsədi daşıyır"
Tanınmış hüquqşünas Aslan İsmayılov Dövlət Yol Polisi ilə bağlı daha bir açıqlama yayıb.

Shafaqadogru.com xəbər verir ki, A.İsmayılov video paylaşaraq yazıb: "DİN-nin DYP ilə bağlı yazımdan sonra sübutları təqdim edirəm. Sabunçu rayonu Kürdəxanı sakini Almaz Şabanov evinə qaz balonu apardığı üçün protokol tərtib edilmədən maşını əlindən alınıb cərimə meydançasına yerləşdirilib. Dünən bu veriliş gedəndən dərhal sonra 100 manat cərimə olunması barədə telefonuna mesaj gəlib. Baş verənlər bilərəkdən əhalini narazı salmaq məqsədi daşıyır".