Şəfəqə Doğru » Gündəm » Göygöl rayonunda RƏZALƏT! İcra başçısı telefonla "peyvənd statistikası" yığdırır

Göygöl rayonunda RƏZALƏT! İcra başçısı telefonla "peyvənd statistikası" yığdırır

Göygöl rayonunda RƏZALƏT! İcra başçısı telefonla "peyvənd statistikası" yığdırır
Göygöldə maraqlı tendensiyaya başlanılıb. Rayonun icra başçısı Turani Əliyevin xüsusi göstərişilə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları (damkomlar) kütləvi telefon zənglərilə kimin peyvənd olunub-olunmadığına dair hesabat yığır. Rayon sakinlərinin evlərinə və mobil telefonlarına edilən zənglər xeyli təşviş yaradıb.

"Demokratik.Az"ın əldə etdiyi məlumata görə, köhnə üsullara dayanan və məqsədi insanlara bəlli olmayan "danosalma" tədbiri icra başçısı səlahiyyətlərini icra edən Turani Əliyevin özfəaliyyəti nəticəsində baş verir. Belə bir siyahıyaalma tədbiri barədə heç bir rəsmi qərarın ortada olmaması, Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən bu barədə hansısa məlumatın yer almaması müəmmalı suallar yaradır. Görəsən, Göygölün icra başçısına rayonda konkret kimlərin peyvənd olunub-olunmamasının nə isti-soyuğu var? Və icra başçısı hansı qanuni əsaslarla özünə heç bir aidiyyatı olmayan işlə məşğuldur? Vətəndaşlara telefon zəngləri edib "peyvənd panikası" yaratmaq kimə və nəyə lazımdır axı?