Məlumatda rayon iş başında yaxalanan müdirdən 40.000 (qırx min) manat rüşvətin alındığı bildirilir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda o da bildirilir ki, 60-dan artıq yaşı olan yaxalanmış müəssisə rəhbəri bir müddət əvvəl o, eyni məsələ ilə bağlı, başqa bir qadınla Oğuz rayonu ərazisində "ilişib”. Həmin vaxt onun Oğuzda müvafiq orqanlara 10.000 (on min) manat rüşvət verərək canını qurtardığı bildirilir. Bir sözlə varlığa nə darlıq, adamın pulu var.
Onu da bildirək ki, sözügedən məmurun adı bizə bəllidir və olayla bağlı əlimizdə foto görüntülər var. Ancaq cumhuriyyet.az olaraq əxlaq dəyərlərini rəhbər tutaraq onları yayımlamaqdan imtina edirik.
Shafaqadogru.com cümhuriyyet.az-a istinadən bildirir