Şəfəqə Doğru » Gündəm » Hindistanda anasını öldürüb, qızardıb yeyən şəxsə hökm oxunub

Hindistanda anasını öldürüb, qızardıb yeyən şəxsə hökm oxunub

Hindistanda anasını öldürüb, qızardıb yeyən şəxsə hökm oxunub
Dörd il öncə Hindistanın Maharaştra ştatında qeydə alınmış dəhşətli cinayət hadisəsi üzrə məhkəmə işi başa çatıb.

"India Today” nəşrinin məlumatına görə, 35 yaşlı Sunil Rama Kuçkoravi asılma üsulu ilə ölüm hökmünə layiq görülüb.

2017-ci ilin avqustunda o, yaşlı anasını öldürərək, daxili orqanlarını çıxarıb və qızardaraq yeyib. Cinayətkarın içki düşgünü olduğu və bu əsasda anası ilə daim mübahisə etdiyi bildirilib.

Hökmü oxuyan hakim qeyd edib ki, bu cinayət Hindistanda ictimai şüuru silkələyib.