Şəfəqə Doğru » Gündəm » “Bu “patı” alverçilərini Qarabağdakı minalanmış sahələrə buraxmaq lazımdır…”

“Bu “patı” alverçilərini Qarabağdakı minalanmış sahələrə buraxmaq lazımdır…”

“Bu “patı” alverçilərini Qarabağdakı minalanmış sahələrə buraxmaq lazımdır…”
"Torpaqlarımız minalardan təmizlənsin, xalqımız da bu şərəfsizlərdən…” 
 
"Həm də bu "patı”ya, narkotikə, onların alverinə meyilli olanlara, eləcə də bunu təşkil edənlərə ciddi bir dərs olsun…”
 
"Azərbaycanda əvvəllər bu həddə narkotik maddə, narkoman, narkotik alverçisi var idi? Azərbaycana Irandan  başqa haradan narkotik gəlir? Heç hardan? Vaxtilə Güney Azərbaycanı narkotiklə bitirib qurtarma çalışdılar, alınmadı, indi də burada ciddi-cəhdlə narkomaniya böhranı yaratmağa çalışırlar. Özü də fikir verirsiz, xüsusən Azərbaycanın son Qarabağ savaşındakı qələbəsindən sonra bu proses daha da güclənib”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev söyləyib.  
 
"Ölkəmizdə, demək olar ki, hər gün polis narkotik alverçilərini həbs edir. Hər gün… Özü də nakomanların, narkotik alverçilərinin arasında  Azərbaycanın gənc qızlarının, qadınlarının sayının artması lap acınacaqlıdır, dəhşətdir… Yeri gəlmişkən,  bir təklif verərdim. Düzdü, bəziləri deyəcək ki, bu, insan haqlarına ziddir.  Amma deyəcəm yenə.  Bu "patı” satanları niyə aparıb  Qarabağdakı o minalanmış sahələrə buraxmırlar?  Onları burada illərlə həbsdə saxlayıb dövləti xərcə salınca aparmaq lazımdır işğaldan azad edilmiş torpaqlara ki, minaları təmizləsinlər. Qarabağ minalardan təmizlənsin, xalqımız da bu şərəfsizlərdən… Həm də bu "patı”ya, narkotikə, onların alverinə meyilli olanlara, eləcə də bunu təşkil edənlərə ciddi bir dərs olsun”-  deyə Cümşüd Nuriyev vurğulayıb.
 
Sultan Laçın