Şəfəqə Doğru » Gündəm » Rusiyanın Ermənistana milyardlıq silah hədiyyəsi - Ohanyan AÇIQLADI

Rusiyanın Ermənistana milyardlıq silah hədiyyəsi - Ohanyan AÇIQLADI

Rusiyanın Ermənistana milyardlıq silah hədiyyəsi - Ohanyan AÇIQLADI

"Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın dövründə ölkəyə milyard dollarlıq silah gətirilmişdi”.

 

Shafaqadogru.com  xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

 

Onun sözlərinə görə, Rusiya ilə ilk hərbi-texniki əməkdaşlıqla bağlı müqavilə Robert Köçəryanın dövründə bağlanıb:

 

"Onun əsasında bura 3 ədəd S-300 sistemi gətirilmişdi, Moskva 2 ədəd İl-76 təyyarəsi hədiyyə etmişdi. Daha bir təyyarə Sarkisyanın dövründə alındı. Onların ümumi dəyəri hakim partiyadan olan bəzi deputatların gətirdiyi rəqəmlərdən qat-qat yüksəkdir. Təxminən bir milyard dollara çatır”.


Ohanyan, həmçinin qeyd edib ki, müdafiə naziri olduğu vaxt Ermənistana silah daşımaq üçün Rusiyadan təxminən 1300 təyyarə uçuşu olub:

 

"Xüsusilə S-300, "Toçka-U”, "İsgəndər”in Ermənistana silah gətirilməsi davam edirdi. Bu daşınmalar 2018-ci ildən sonra baş verənlərlə müqayisə oluna bilməz”.

 

Keçmiş müdafiə naziri vurğulayıb ki, 2016-cı ildən sonra xeyli sayda PUA alınması planlaşdırılırdı, amma layihə həyata keçirilmədi.