Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seldən zərər görən bölgəyə gedir.
Shafaqadogru.com Türkiyə mediasına istinadən xəbər verir ki, ölkə başçısı sel fəlakəti ilə üzləşən Kastamonunun Bozkurt bölgəsinə yollanıb.
Ərdoğan burada ilk olaraq cümə namazı qılacaq, ardınca vətəndaşlara müraciət edəcək. Prezident bölgədə keçiriləcək koordinasiya iclasına da başçılıq edəcək.