Şəfəqə Doğru » Gündəm » Həkim-infeksionist: "İkinci doza vaksindən sonra..." - VİDEO

Həkim-infeksionist: "İkinci doza vaksindən sonra..." - VİDEO

Həkim-infeksionist: "İkinci doza vaksindən sonra..." - VİDEO
Azərbaycanda aparılan araşdırmalara əsasən, ölkəmizdə xəstəxanada yatan xəstələrin 90%-dən çoxu ümumiyyətlə vaksin olunmayanlar və ya birinci doza vaksindən sonra yoluxan vətəndaşlardır.

Shafaqadogru.com-un məlumatına görə, son günlər koronavirusa yoluxma hallarında və bu virusdan ölüm sayında qeydə alınan artım vaksinasiyanın zəruriliyini gündəmə gətirir.

Həkim-infeksionist Fərrux Sədirov bildirib ki, bu günə kimi ikinci doza vaksindən iki həftə keçdikdən sonra koronavirusa yoluxan və ya həyatını itirən olmayıb.

O əlavə edib ki, peyvənd olunan şəxslər COVID-19-a yoluxsalar belə, bədəndə olan antitellər virusu dərhal neytrallaşdırır. Yəni xəstəlik agırlaşmır, digər tərəfdən isə belə şəxslər xəstəliyi ətrafa da yoluxdurmur.

Həkim-infeksionistin sözlərinə görə, vətəndaşları narahat edən vaksinin əks göstəriş məsələsidir ki, ölkəmizdə tətbiq olunan bütün növ vaksinlər immunitetimizi bu virusla mübarizədə lazımi səviyyəyə qaldıran, dünya tərəfindən qəbul edilmiş preparatlardır. Ona görə də vətəndaşlar mütləq şəkildə qısa zamanda vaksin olunmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: