Qazax rayonunda səhər saatlarında qida zəhərlənməsindən dörd nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə oxu.az-a Qazax rayon Təcili Yardım Stansiyasından məlumat verilib.
Bildirilir ki, zəhərlənənlər Qazax şəhər sakinləri, 70 yaşlı Faiq Kərim oğlu Xudiyev, 25 yaşlı Elmira Maksim qızı Xudiyeva, 58 yaşlı Yusifova Almaz Həmid qızı 23 yaşlı Xudiyev Vüsal Faiq oğludur.
Eyni ailə üzvlərinin axşam saatlarında yedikləri qidalardan, xüsusilə də tortdan zəhərləndikləri bildirilib.
Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən xəstələrin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Xəstəxanadan verilən məlumata görə, xəstələr bu gün günorta saatlarından sonra evə buraxılacaq