Şəfəqə Doğru » Gündəm » ABŞ hərbçiləri Kabildə çoxuşaqlı ailəni qətlə yetirdi…

ABŞ hərbçiləri Kabildə çoxuşaqlı ailəni qətlə yetirdi…

ABŞ hərbçiləri Kabildə çoxuşaqlı ailəni qətlə yetirdi…
Pentaqonun Əfqanıstan paytaxtına endirdiyi hava zərbələri nəticəsində 4 uşağı olan bir ailə öldürülüb.
Shafaqadogru.com  xəbər verir ki, xarici İslam saytlarının məlumatına görə, bu haqda  "Ariana News” nəşri məlumat yayıb.
 
Bundan öncə Kabildə güclü partlayış nəticəsində bir uşağın öldüyü və daha üç nəfərin yaralandığı bildirilmişdi.
 
Bu arada Pentaqon terrorçu-intiharçı olmaqda  şübhəli bilinən şəxsin ortadan qaldırılması barədə məlumat yayıb. Xəbərlərdə içərisində "İŞİD" üzvlərinin olduğu deyilən minalanmış avtomobilin PUA ilə vurulduğu da bildirilir. 
 
"Afghanistan Times"  nəşrinin verdiyi məlumata görə isə, ABŞ-ın Əfqanıstanın paytaxtına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Xatırladaq ki, 27 avqustda Birləşmiş Ştatlar prezidenti Co Bayden Kabil hava limanındakı partlayışlardan sonra Əfqanıstanda terrorçu "İŞİD”-in liderlərinə və obyektlərinə  qarşı qaçılmaz cavab zərbələri endiriləcəyi haqda xəbərdarlıq etmişdi.

 
Sultan Laçın