Şəfəqə Doğru » Gündəm » Gürcüstanda Müxalifət birləşir.

Gürcüstanda Müxalifət birləşir.

Gürcüstanda Müxalifət birləşir.
Gürcüstanın müxalif "Aqmaşenebeli strategiyası”, Respublikaçılar və Azad Demokratlar partiyaları oktyabrın 2-də yerli hakimiyyət orqanlarına keçiriləcək seçkilərdə iştirak etmək üçün "Üçüncü Güc” platforması yaradıblar.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Gürcüstanın müxalif partiya lideri, keçmiş prezidentliyə namizəd Giorgi Vaşadze məlumat verib.
"Yerli idarəetmə seçkiləri 2 oktyabrda keçiriləcək. Yerli özünüidarə seçkiləri dizayn baxımından çox önəmlidir, hazırkı seçkilər ölkənin canlanması prosesi üçün xüsusi əhəmiyyət kəsb edir və ölkəni qurmaq üçün üçüncü qüvvəyə ehtiyac var”, - deyə o qeyd edib.
Vaşadze hesab edir ki, Gürcüstan siyasəti iki qütbdən ibarətdir, bunlar Gürcü Arzusu partiyası və Vahid Milli Hərəkat partiyasıdır.
"Üçüncü qüvvə” hələ bələdiyyə sədrliyinə namizədlər irəli sürməyib, lakin platforma rəhbərləri yaxın gələcəkdə namizədlərini ictimaiyyətə təqdim edəcəklərini bildiriblər.
Gürcüstanın yerli hakimiyyət orqanlarına seçkilərdə 48 partiya iştirak edəcək.