Şəfəqə Doğru » Gündəm »  Bakıda redaksiyalar gəzir, özünü ABŞ səfirliyinin əməkdaşı kimi təqdim edir — ŞOK OLAY

 Bakıda redaksiyalar gəzir, özünü ABŞ səfirliyinin əməkdaşı kimi təqdim edir — ŞOK OLAY

 Bakıda redaksiyalar gəzir, özünü ABŞ səfirliyinin əməkdaşı kimi təqdim edir — ŞOK OLAY
Azərbaycanda peyda olan bir amerikalı redaksiyaları gəzərək məlumat toplayır.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hələlik kim olduğu bilinməyən, lakin saxta vizit kartında səhra əməliyyatları üzrə direktor yazılan Rid Mikkelsen adlı həmin şəxs özünü ABŞ səfirliyinin əməkdaşı kimi qələmə verir.

Bildirilir ki, o, xəbərsiz redaksiyalara gəlir, şübhəli suallar verərək, onların maliyyə məsələlərini aydınlaşmağa cəhd edir. Eləcə də, redaksiyalarda müxtəlif tipli suallara mövqe öyrənməyə çalışır.

Maraqlıdır ki, artıq bir sıra redaksiyalara baş vuran bu şəxs, sonda görüşlə bağlı heç bir məlumat verməməyi redaksiyalardan xahiş edir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, media bu məsələdə ehtiyatlı olmalı və özünü olduqca şübhəli aparan Rid Mikkelseni qəbul etməməlidir.

Ümid edirik ki, ABŞ-ın ölkəmizdəki səfirliyi onun adından istifadə edən bu şəxsin kimliyinə aydınlıq gətirəcək.