Şəfəqə Doğru » Gündəm » Alim Qasımovun kürəkəninə hökm oxundu - 9 il

Alim Qasımovun kürəkəninə hökm oxundu - 9 il

Alim Qasımovun kürəkəninə hökm oxundu - 9 il

Xalq artisti Alim Qasımovun kürəkəninin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Shafaqadogru.com  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

Prokuror çıxışında təqsirləndirilən şəxs barəsində elan olunmuş ittihamları əsas gətirərək Elnur Mövlamovun 10 il azadlıqdan məhrum olunmasını istəyib.

 

Daha sonra zərərçəkmiş şəxs Tamilla Asllanova ona dəymiş 51 min 621 manat ziyanın tam ödənilməsini istəyib.
Zərərçəkmiş şəxs Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova məhkəmə sonuncu dəfə ifadə verərək ədalətli qərar çıxarılmasını istəyib.

 

Təqsirləndirlilən şəxs isə son sözündə zərərçəkmiş şəxs Rəşadət Fərzəliyevlə barışıq əldə etdiyini və dəymiş ziyanın tam ödənildiyini bildirib. Bununla da E.Mövlanov özünü yalnız 178.3.2-ci maddə ilə özünü qismən təqsirli bildiyini deyib.

 

Həkimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər.

 

Hökmə əsasən təqsirləndirilən şəxs Mövlamov Elnur Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunub.

 

Hökmdə qeyd olunub ki, zərərçəkmiş şəxs Tamilla Aslanovanın ona dəymiş 51 min 621 manat ziyanla bağlı qaldırdığı mülki iddia təmin edilsin, və dəymiş ziyan tam ödənilsin.

 

Qeyd edək ki, məhkəmədə zərərçəkmiş qismində Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova və və qohumu Rəşadət Fərzəliyev tanınıb.

 

Xatırladaq ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.