Şəfəqə Doğru » Gündəm » Erməni deputatlar təcili iclas tələb edir: - Azərbaycan polisi Gorus-Qafan yolunda

Erməni deputatlar təcili iclas tələb edir: - Azərbaycan polisi Gorus-Qafan yolunda

Erməni deputatlar təcili iclas tələb edir: - Azərbaycan polisi Gorus-Qafan yolunda
"Milli Məclisin sədri Alen Simonyan dəfələrlə öz səlahiyyətlərini aşıb”.

Cebhe.info xəbər verir ki, bunu parlamentdəki müxalif "Ermənistan" fraksiyasının üzvü Areknaz Manukyan 13 sentyabr sessiyasında bildirib. Deputat "44 günlük müharibə zamanı ölənlərin qohumlarının və dostlarının ağrısına çox çətin dözürəm” deyən spikerin sözlərini xatırladıb:

"Ancaq görünür, bu, Kiprdə əyləncəli tətil keçirməyinizə mane olmayıb".

"Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan Azərbaycan silahlı qüvvələrinin suveren Ermənistan ərazisində təxribat törətdiyini iddia edib:

"Ancaq əvvəlki kimi Ermənistan hakimiyyəti tərəfindən heç bir reaksiya olmayıb. Ermənistanın parlamentli idarəetmə formasına malik bir ölkə olduğunu nəzərə alaraq, "Ermənistan” fraksiyası təcili müzakirələr tələb edir. Üstəlik, Milli Təhlükəsizlik Xidmətinin istifadə etdiyi terminologiya bu gün Azərbaycan rəsmiləri tərəfindən fəal şəkildə istifadə olunur ".

Eyni fraksiyanın nümayəndəsi Geqam Manukyan öz növbəsində Milli Təhlükəsizlk Xidmətinin direktoru Armen Abazyanı parlament dinləmələrinə dəvət olunmasını təklif edib.

Erməni mətbuatının məlumata görə, sentyabrın 12-də saat 12: 00-da Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan Eyvazlı qəsəbəsi yaxınlığındakı Vorotan kəndi ərazisində Azərbaycan polisləri sənədləri yoxlayıb. Yoxlama İran nömrəli yük maşınlarına və bu maşınların sürücülərinə şamil edilib.

Bir qədər əvvəl Gorusdəki "Armenia Today"ın mənbəyi Gorus-Qafan avtomobil yolunda Azərbaycan polisinin post qurması ilə bağlı məlumatı təsdiqləyib.