Şəfəqə Doğru » Gündəm » Turanla Elçin Əlibəyli “Space”dən gedib?

Turanla Elçin Əlibəyli “Space”dən gedib?

Turanla Elçin Əlibəyli “Space”dən gedib?

Tanınmış aparıcılar Elçin Əlibəyli və Turan İbrahimovun "Space” TV ilə yollarını ayırması barədə xəbərlər yayılıb.

Məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlama verən Əlibəyli bunun həqiqətə uyğun olmadığını deyib. O, telekanalın yeni mövsüm anonsunda yer almamasını belə izah edib:

"Həmin anons yeni simalara aiddir. Bizim anonsumuz ayrı çəkiləcək. Verilişimin yayımı davam edəcək”.

 

Aparıcı Turan İbrahimov isə yeni rəhbərliyin təkidli xahişlərinə baxmayaraq, bu mövsüm "Space” TV-də olmamaq qərarını verdiyini bildirib.

"Səbəb isə ümumilikdə TV işinə həvəsimin qalmamasıdır”,- deyə İbrahimov feysbukda yazıb. Aparıcının sözlərinə görə, hazırda əsas hədəfi öz işlərini böyütmək, PR, media və kommunikasiya mütəxəssisi kimi şirkətlərlə əməkdaşlığını genişləndirməkdir.