Şəfəqə Doğru » Gündəm » Çörək alarkən diqqətli olun — VİDEO

Çörək alarkən diqqətli olun — VİDEO

Çörək alarkən diqqətli olun — VİDEO

Sumqayıtda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları çörəkbişirmə sexində yoxlamalar aparıblar. Məlum olub ki, sexin şəraiti heç bir standarta cavab vermir. Çörəklərin bişirildiyi qablar toz içərisindədir. Çörək bişirilən zaman mənşəyi məlum olmayan yağlardan istifadə edilir. Yoxlamalardan sonra müəssisənin fəaliyyəti dayandırılıb.

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində, vətəndaş Ruslan Namazova məxsus çörəkbişirmə sexində antisanitar vəziyyət hökm sürür.