Şəfəqə Doğru » Gündəm » Razi Nurullayev Çingiz Abdullayevi sərt tənqid etdi: "Bu gündən xalqın yazıçısı deyilsiniz!"

Razi Nurullayev Çingiz Abdullayevi sərt tənqid etdi: "Bu gündən xalqın yazıçısı deyilsiniz!"

Razi Nurullayev Çingiz Abdullayevi sərt tənqid etdi: "Bu gündən xalqın yazıçısı deyilsiniz!"
"Birinci Qarabağ Müharibəsi olmayıbsa, 20-minə yaxın şəhidimiz, ümumilikdə isə 30 min Azərbaycan vətəndaşı necə ölüb? Hələ də 3900-yə yaxın itkin var, onlar necə itkin düşüb?”.

Shafaqadogru.com  bildirir ki, bunu deputat Razi Nurullayev Xalq yazıçısı Çingiz Abdullayevin "I Qarabağ Müharibəsi olmayıb” fikrinə münasibət bildirərkən deyib. 
O qeyd edib ki, yazıçının dedikləri şəhidlərin ruhunu təhqir etməkdir:

"Çingiz Abdullayev deyir ki, məni təhqir edirlər. Mən bütün təhqirlərə pis yanaşıram və pisləyirəm. Amma yazıçı bilməlidir ki, o özü Azərbaycan xalqını təhqir edib - müharibədən sağ çıxanları, əlil olanları, bütün veteranları. Ən yüngül cəzası isə, üzr istəmək olar. Abdullayevin bu fikirlərində hakimiyyətin yüksək eşalonuna yarınmaq meyli hiss olunur. Onların isə buna ehtiyacı yoxdur”.

Millət vəkili qeyd edib ki, ölkənin bütün prezidentləri, o cümlədən, prezident İlham Əliyev də Birinci və İkinci Qarabağ müharibəsi deyir:

"Məgər bu gün 44 günlük zəfərdə Prezident İlham Əliyevin rolunu azaltmaq istəyən var? Yoxdur, ola da bilməz. Çünki, bu zəfər tarixi onu rəhbərliyi altında yazılıb. Siz xalq yazıçısı adını formal olaraq daşıya bilərsiniz, amma bu gündən xalqın yazıçısı deyilsiniz”.