Şəfəqə Doğru » Gündəm » Sabiq spikerdən SOS SİQNALI: "Terror aktları törədilə bilər"

Sabiq spikerdən SOS SİQNALI: "Terror aktları törədilə bilər"

Sabiq spikerdən SOS SİQNALI: "Terror aktları törədilə bilər"
"Robert Köçəryan, Serj Sarkisyan kimi cinayətkarlar Ermənistanın rayonlarına, bölgələrinə səfər etməyə qorxurlar, çünki camaatın onları daşa basacağını bilirlər. Ancaq ruslara güvənib Xankəndinə istədikləri zaman səfər edə bilirlər, rus əsgərlərinin əhatəsində özlərini lovğa-lovğa aparırlar”.
 
Shafaqadogru.com  bildirir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib. Onun sözlərinə görə, erməni terroristləri həm Şuşada, həm də Qaragöl ətrafında onların şərəfinə terrora cəhdlə çıxış ediblər:

"Bunun da səbəbi Azərbaycanın 10 kilometrdən çox eni, 95 kilometr uzunluğu olan Laçın dəhlizinə nəzarət etmək imkanına malik olmamasıdır. Rus əsgərləri sülhməramlıq edirlər etsinlər, ancaq Azərbaycan mütləq onun sərhədindən kimin keçdiyinə nəzarət etməlidir. Faktiki Azərbaycanın sərhəddinə 200 km də əlavə olunub. Həmin Laçın dəhlizindən sərbəst keçən erməni terrorçularının Laçın-Kəlbəcər-Gəncə-Bakı və ya Laçın-Qubadlı-Zəngilan və sair-Bakı yolu qət edərək terror aktları törətmək imkanları az da olsa var”.

Sabiq spiker qeyd edib ki, Azərbaycan hüquq-mühafizə orqanlarının ayıq-sayıq xidmət apardığı məlum olsa da, təhlükələri minimuma endirmək mütləqdir:

"Türkiyə Rusiyadan üçüncü partiya S-400-lər alır, ikinci və ya üçüncü atom elektrik stansiyası tikməyə başlayır, bizim də qardaşımızdır. Ancaq görünən budur ki, qardaş Türkiyə Rusiya Federasiyasının önündə Azərbaycanın sərhədləri ilə əlaqədar qətiyyətli tələb qoya bilmir. Çox ehtimal, bu gedişlə Rusiya ümumiyyətlə Ermənistanla sərhədə nəzarəti öz əlinə götürməyə cəhd edəcək. Bu çox təhlükəlidir. Türkiyənin monitorinq qrupunun əhəmiyyəti hazırda simvolik xarakter daşıyır. Fikrimcə, simvoliklikdən reallığa keçmək zamanıdır”.