Şəfəqə Doğru » Gündəm » İcra başçısının oğlu qəza törətdi - Sürücüyə təzə maşın alıb verdi - FOTO

İcra başçısının oğlu qəza törətdi - Sürücüyə təzə maşın alıb verdi - FOTO

İcra başçısının oğlu qəza törətdi - Sürücüyə təzə maşın alıb verdi - FOTO

Mingəçevirin icra başçısı İlham İsmayılovun oğlu Orxan İsmayılovun avtomobil qəzası törətməsi haqda xəbərlər yayılıb. Bizimxeber.az bildirir ki, hadisə icra başçısının oğlunun ad günündə baş verib.

O, "Mersedes” markalı, "AZ 10-RN-441” dövlət nömrə nişanlı maşını qabaq hissəsindən vuraraq səkiyə atıb.

Nəticədə sürücü Ruslan Əliyevin qolu sınıb. Qəzada xəsarət alan sürücüyə 7500 manat verildiyi, özünün Gəncədə müalicə edildiyi deyilir. 

Xatırladaq ki, icra başçısının oğlunun avtoxuliqanlığı haqda hələ ötən ilin iyununda da informasiya yayılmışdı. Orxan İsmayılov idarə etdiyi "Land Cruiser” markalı avtomobillə giriş qadağasını pozmuşdu./Tia/