Şəfəqə Doğru » Gündəm » Rusiya sərhədə nəhəng ordu yığıb – NATO

Rusiya sərhədə nəhəng ordu yığıb – NATO

Rusiya sərhədə nəhəng ordu yığıb – NATO

Son həftələrdə biz Rusiya qüvvələrinin Ukrayna sərhədində geniş miqyasda və bu günə qədər görünməmiş sayda cəmləşməsinin şahidi olduq. Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna sərhədindəki fəaliyyəti ilə bağlı açıqlaması zamanı deyib. 

"Biz daha əvvəl Rusiyanın Ukraynaya qarşı aqressiv yanaşmasını, hərbi qüvvələrdən istifadə niyyətini və təcrübəsini görmüşük. Rusiyanı bu qüvvələri hansı məqsədlə toplaması barədə şəffaf olmağa, eskalasiya yaratmamağa və gərginliyi azaltmağa çağırırıq.

Öncə də qeyd etdiyim kimi, daha əvvəl Rusiyanın Ukraynaya qarşı aqressiv fəaliyyətini görmüşük, bu, təkcə sərhəddə deyil, Ukraynanın daxilində - Krımda və Donbasda baş verib. Ona görə də Rusiyanın potensial aqressiv fəaliyyəti ilə bağlı diqqətli olmalıyıq”, - Y. Stoltenberq vurğulayıb.