Şəfəqə Doğru » Gündəm » Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir - Şöbə müdiri

Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir - Şöbə müdiri

Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir - Şöbə müdiri

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən dinləmədə narkomaniyaya qarşı mübarizədə təhsilin rolu ilə bağlı məsələyə münasibət bildirib.

 

Shafaqadogru.com  xəbər verir ki, Vəfa Yaqublunun sözlərinə görə, bu gün şagirdlər məktəbdə 17 fənn öyrənir:

 

"Narkomaniya ilə bağlı yeni fənnin dərsliklərə salınması məqsədəuyğun deyil. Son illərdə məktəblərdə reproduktiv sağlamlıqla bağlı təlimlər keçirilir. Həyat bilgisi dərsliyinə narkomaniya ilə mübarizə məsələlərini də daxil etməyi düşünürük. Bütün ölkə üzrə yaradıcılıq məktəblərinin genişləndirilməsi prioritet olmalıdır. Təhsilin məzmununun yenilənməsi çox vacibdir"

 

Təhsil nazirliyinin rəsmisi qeyd edib ki, 300 məktəbdə informatika fənnindən rəqəmsal bacarıqlar öyrədilir:

 

"Peşə təmayüllü siniflər açılır. Narkomaniya təhlükəsi çox olan rayonlarda bu siniflərin sayı daha da artırılır. Bu gün ölkədə çarəsizlik sindromu baş alıb gedir. Bunun səbəbi də odur ki, insanlar özünə iş tapa bilmir. Uşaqlara öz kiçik biznesini qurmaq, öz maddiyyatını idarə etmək üçün təlimlər keçirik”.Peşə təmayüllü siniflər açılır. Narkomaniya təhlükəsi çox olan rayonlarda bu siniflərin sayı daha da artırılır. Bu gün ölkədə çarəsizlik sindromu baş alıb gedir. Bunun səbəbi də odur ki, insanlar özünə iş tapa bilmir. Uşaqlara öz kiçik biznesini qurmaq, öz maddiyyatını idarə etmək üçün təlimlər keçirik”.