Şəfəqə Doğru » Gündəm » İş adamı 4 şəxsin ölümünə səbəb olan sərxoş kürəkənini necə xilas etmək istəyir?

İş adamı 4 şəxsin ölümünə səbəb olan sərxoş kürəkənini necə xilas etmək istəyir?

İş adamı 4 şəxsin ölümünə səbəb olan sərxoş kürəkənini necə xilas etmək istəyir?

Novxanı-Sumqayıt yolunda "Range-Rover” qəza törədib.  "Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı "Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb.  Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra "Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən "Damas”da olan 3 nəfər ölüb. Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur. Qeyd edək ki, E.Kərbalayev "Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Ağayevin kürəkənidir. Ölkə gündəmini zəbt edən bu olayla bağlı maraqlı məlumatlar yayılıb. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə M.Ağayev kürəkənini həbsdən qurtarmaq üçün müxtəlif üsullara əl atıb. Bunlardan biri də avtomobili guya E.Kərbalıyevin deyil Ələsgər Əliyev adlı şəxsin idarə etməsi olub. İddialara görə, imkansız və kirayədə yaşayan Ələsgər Əliyev böyük vədlər müqabilində bu təkliflə razılaşıb. Ancaq hazırda bu variant mümkünsüz kimi görünür. Yeri gəlmişkən, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov  açıqlamasında bildirib ki, "Range Rover”i Ələsgər Əliyevin idarə etməsi ilkin məlumat olub: "Sonradan araşdırmalar zamanı məlum olub ki, avtomobili Elşad Kərbalayev sürüb və həmin zaman ağır sərxoş vəziyyətdə olub. Qəza baş verəndən sonra Ələsgər Əliyev xəstəxanaya zəng edərək qəzaya düşdüklərini deyib və təcili tibbi yardım xidməti göndərilməsini istəyib. Buna görə də ilkin olaraq sürücü kimi Ələsgər Əliyev qeydə alınıb. Hazırda Elşad Kəlbalayev tutularaq istintaqa cəlb edilib”.

 

undefined

undefined

undefined