60 və daha yuxarı yaşda olan insanlar COVİD-19 peyvəndinin 3-cü dozasını vurdurursa, onlara 500 avro dəyərində yardım kuponu əvəzinə 300 avro nağd pul veriləcək.
Shafaqadogru.com xəbər verir ki, bu sözləri Slovakiyanın maliyyə naziri İqor Matoviç mətbuat konfransında deyib.
Matoviç yardımın təfərrüatlarını da açıqlayıb. Daha əvvəl 2 doza peyvəndi tamamlayıb, 3-cü peyvəndi vurdurmağa gələnlərə 300 avro, ikinci vaksin vurduranlara və hələ də peyvənd vurdurmayıb 1-ci dozu
vurdurmağa gələnlərə isə 200 avro veriləcək.
Yaşı 60-dan yuxarı olan şəxslər peyvənd olunduqdan sonra şəxsiyyət vəsiqəsi ilə poçt şöbəsinə gedərək pullarını nağd şəkildə ala biləcəklər. Bu yardımdan yararlanmaq üçün vətəndaşlar dekabrın 24-dək peyvənd olunmalı və ya 2022-ci il yanvarın 15-dək peyvənd üçün qeydiyyatdan keçməlidirlər.