Şəfəqə Doğru » Gündəm » Azərbaycanda tam yeni “INFINITI QX55” avtomobili təqdim olundu - Fotolar

Azərbaycanda tam yeni “INFINITI QX55” avtomobili təqdim olundu - Fotolar

Azərbaycanda tam yeni “INFINITI QX55” avtomobili təqdim olundu - Fotolar

Artiq 20 ildir ki, "İnfiniti” brendini Azərbaycanda uğurla təmsil edən "Nurgün Motors” tam yeni "İnfiniti QX55 avtomobilinin təqdimatını həyata keçirib.

"Qafqazinfo” xəbər verir ki, 36 ildən çox tarixə sahib İnfiniti brendi "Nissan Motor Company”nin lüks markasıdır. Marka 1985-ci ildə "Nissan” çətiri altında və çox özəl dizaynerlər və mühəndislər qrupu olan "Nissan's Horizon Task Force” rəhbərliyi altında istehsala başlayıb.

"INFINITI” avtomobil brendi dünyaya ən yeni "QX55” modelini təqdim etməkdədir. Bu yeni kupe-krossoveri "INFINITI” markası tarixinin ən böyük əfasənəsi hesab olunan "INFINITI FX” modelinin varisi və davamçısı adlandırmaq olar. Zamanında "FX” modeli krossover seqmentinin qaydalarını dəyişərək az qala 20 il ərzində rəqibsiz avtomobildir və "INFINITI” markasının dünyadakı nüfuzuna xüsusi töhfə verib. Keçmiş illərin "FX”ni və hazırki "QX55” modellərini bir çox şeylər birləşdirir. Bunlardan ən əsası isə maşının bütün perimetri boyu xətləri, cizgiləri və ümumi görünüşüdür.

 

"INFINITI” prezidenti Peyman Karqar "QX55” modeli haqda danışarkən bu ifadəni işlədib: "Bu avtomobil kölgədə gizlənmək üçün yaranmayıb. O, özünə kifayət qədər diqqət cəlb edərək, sürücü və sərnişinlər üçün ideal komfort bəxş edəcək. Bu doğrudan da forma və mahiyyətin unikal birləşməsidir”.

Avtomobil son dövrlərdə artıq məşhurlaşmıış, dəyişkən sıxlıq səviyyəli VC-Turbo mühərriki ilə təchiz olunub. Bu mühərrik düşən yükdən asılı olaraq sıxlığın səviyyəsini sərbəst şəkildə tənzimləməklə avtomobilin dinamik sürüş keyfiyyətini artırır və eyni zamanda yanacaq sərfiyyatının effektivliyini təmin edir. Azərbaycan bazarına təqdim olunan avtomobil 2.0 litr həcmli, 249 at gücü və 380 NM fırlanma anına malik mühərriklə təchiz olunub. Bu mühərrik İntelligent-All Wheel Drive adlanan tamötürücülü ağıllı sürətlər qutusu ilə birlikdə çalışır. Müxtəlif sürüş modlarını – Eco, Sport və Standart rejimlərini seçməklə avtomobilin dinamikliyini və sürüş keyfiyyətini özünə uyğun dəyişmək mümkündür.

Qeyd edək ki, "Nurgün Motors” Azərbaycan bazarında "INFINITI” markalı avtomobillərin rəsmi distribütorudur. Şirkət "INFINITI” markalı avtomobillərin satışı, satışdan sonrakı zəmanət və texniki servis, həmçinin pərakəndə və topdan ehtiyat hissələrinin satışı ilə məşğul olur. Şirkətdən alınan bütün avtomobillərə 5 il 155 000 km rəsmi zəmanət verilir.

Ünvan: Bakı şəhəri, Babək pr., 31

Əlaqə: 012 934