Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 3,8 bal gücündəki yeraltı təkanın dərinliyi 3 kilometr təşkil edib.
Zəlzələ Gədəbəy və Tovuz rayonlarının sərhəddə yaxın yaşayış məntəqələrində üç bala qədər hiss olunub.
Qeyd edək ki, zəlzələ Ermənistanda Şorja kəndindən 2 kilometr şimal-şərqdə 3,4 bal gücündə zəlzələ olub. Təkanlar Qeqarkunik, Kotayksk, Tavuş bölgələrində hiss olunub. Zəlzələ Şorja, Artaniş, Draxtik, Aqartsin və Qandzakarda 3-4 bal, İcevan, Çəmbərək, Razdan və Havarda 3 bal, Sevan və Abovyanda 2-3 bal gücündə qeydə alınıb.