COVİD-19-un daha sürətlə yayılan ştamı "Omicron” artıq qonşu ölkələrdə də aşkarlanıb. Ötən gün İranın paytaxtı Tehranda yeni ştama ilk yoluxma faktı qeydə alınıb. Eyni zamanda Rusiyada 25 , Türkiyədə 6 yoluxma halına rast gəlinib. Dünyanın bəzi ölkələrində "Omicron”la bağlı sərt tədbirlər görülür. Məsələn, Londonda bu varianta yoluxma sayında kəskin artım səbəbilə fövqəladə vəziyyət elan edilib.
Bəs "Omicron” Azərbaycan üçün təhlükə törədə bilərmi? Ölkədə hansı tədbirlərin görülməsi ehtimalı var?
Bununla bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib ki, "Omicron” COVİD-19-un polimutasiyaya məruz qalan yeganə mutant variantı olduğundan, sürətlə yayılaraq kütləvi immunitet yaratmalıdır:
"”Omicron” ştamındakı 50 mutasiyanın 49-u əvvəlki mutant ştamlarda müşahidə edilən mutasiyaların summar məcmusudur, yəni qorxulu deyil. Son günlər əksər Avropa ölkələrində tətbiq olunun sərt karantin tədbirləri əhali və dövlət qurumları arasında ciddi qarşıdurma, hətta toqquşmalara səbəb
olub. Təbii olaraq, bunu izləyən əhalimiz - xüsusən son qadağaların ləğvindən sonra ailəsinə bir parça çörək pulu aparan vətəndaşlar "yenidən sərt karantin ola bilərmi?” sualını düşünür. Amma COVİD-19-un bütün ştamları daxil, total ölüm təqribən 2 faizdir. Yeni variant artıq 90-dan artıq dövlətdə yayılıb, ölüm halı isə, yalnız İngiltərədə müşahidə edilib - 24968 yoluxmaya qarşı, cəmi 7 nəfər, yəni 0,028%. Başqa sözlə, SARS-CoV2 virusunun ölüm törətmə əmsalı 70 dəfə azalıb”.
Professor ölkədə müşahidə edilən digər problemlərdən birinə də toxunub:
Günay Rəsulqızı