Paşinyan ötən gün gecə saatlarında özünün Facebook səhifəsində bu haqda qərarı elan edib. Bildirib ki, KTMT-nin kollektiv təhlükəsizlik Şurasının sədri olaraq Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin yeridilməsi barədə qərar qəbul edib.
Onun bildirdiyinə görə, KTMT hərbi qüvvələri məhdud zaman çərçivəsində, ölkədə vəziyyətin normallaşması və stabilləşməsi məqsədi ilə Qazaxıstana göndərilir.

"Qərar Qazaxıstan Respublikasının prezidenti K.J.Tokayevin müraciəti əsasında və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə, suverenliyinə o cümlədən xaricdən müdaxilə nəticəsində yaranmış təhdid nəzərə alınaraq qəbul edilir”, - Paşinyan bildirir.
Paşinyanın bu qərarını çox keçmədən Kremlin rəsmi saytı dərc edib. Qərara veto qoyan olmadığından KTMT kollektiv qüvvələrinin Qazaxıstana yeridilməsi üçün maneə qalmır. Xəbər verildiyi kimi, Rusiya ordusunun desant və mühəndis bölmələri artıq Qazaxıstana göndərilmək üçün hazırlanır.(virtualaz.org)