Şəfəqə Doğru » Gündəm » Türkiyə ilə anlaşmadan sonra 102-ci baza Ermənistandan çıxarıla bilərmi?-Rəsmi cavab

Türkiyə ilə anlaşmadan sonra 102-ci baza Ermənistandan çıxarıla bilərmi?-Rəsmi cavab

Türkiyə ilə anlaşmadan sonra 102-ci baza Ermənistandan çıxarıla bilərmi?-Rəsmi cavab
"Ermənistan Türkiyə ilə münasibətlərin tənzimlənməsindən sonra 102-ci Rusiya hərbi bazasının Gümrüdən çıxarılması ilə bağlı məlumatı absurd hesab edir".
 
Shafaqadogru.com  xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın hakim "Vətəndaş razılaşması” fraksiyasının katibi Artur Ovanisyan bildirib.
 
Xatırladaq ki, "Joqovurd” qəzeti bu gün yazıb ki, Türkiyə ilə münasibətlər nizamlandıqdan sonra Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılması mümkündür.
 
"Ermənistan və Rusiya strateji tərəfdaşdırlar. Hazırda Ermənistanla Türkiyə arasında dialoq başlayıb. Bu dialoq isə yenicə başlayıb”, – deyə erməni deputat əlavə edib.
 
O qeyd edib ki, bu cür məlumatların yayılmasının heç bir əsası yoxdur.
 
"Ona görə də burada şərh ediləcək bir şey yoxdur. Bizim reallıqda bazanın çıxarılmasından söhbət gedə bilməz”, - A.Ovanisyan bildirib.
 
"Vətəndaş razılaşması” fraksiyasının deputatı Vahan Ovakimyan isə xatırladıb ki, Rusiya hərbi bazasının Gümrüdə qalma müddətinin 2049-cu ilə qədər uzadılması barədə razılıq var.
 
"Belə məlumatların yayılması sadəcə gülüncdür", - deyə Ovakimyan vurğulayıb.