Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə informasiyanı Kremlin mətbuat xidməti yayıb. Telefon danışığı zamanı əsas müzakirə mövzusu Suriya böhranı olub. Hər iki lider bundan sonra da Suriya konfliktinin həlli ilə bağlı Astana prosesinin davam etdirilməsi gərəkdiyini bildirib.