Şəfəqə Doğru » Gündəm » Tovuzda 1280 manatlıq kartof OĞURLANDI

Tovuzda 1280 manatlıq kartof OĞURLANDI

Tovuzda 1280 manatlıq kartof OĞURLANDI

Tovuz Rayon Polis Şöbəsinə yanvarın 28-nə keçən gecə M.Musayev küçəsində Qazıqulu kənd sakini Q.Böyükkişiyevə məxsus "KamAZ” markalı avtomobildən 1280 manat dəyərində 16 kisə kartofun oğurlanması barədə məlumat daxil olub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş C.Həsənov müəyyən edilərək saxlanıllb. 

 

Rəsmi məlumata görə, araşdırma aparılır.