Şəfəqə Doğru » Gündəm » Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər

Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər

Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər

Azərbaycanda ən iri bazarlardan biri olan Lənkəran bazarı fəaliyyətini dayandıra bilər.

Qaynarinfo xəbər verir ki, "Lənkəran-Bazar” ASC-nin hazırda maliyyə problemlərinin olduğu bildirilir. Hətta vəziyyət o həddədir ki, bazarın bağlana biləcəyi iddia olunur. Araşdırmalarımız zamanı bəlli olub ki, bazarın vergi borcu da var. Belə ki, ASC-nin bu günə olan vergi borcu 21 328.79 AZN təşkil edir. Qeyd edək ki, "Lənkəran-Bazar” ASC 9 noyabr 1998-ci ildə yaradılıb. Nizamnamə kapitalı 2005 978 AZN-dir. ASC-nin qanuni təmsilçisi Axundov Kənan Namiq oğludur.