Şəfəqə Doğru » Gündəm » Poroşenko Putini "anormal" adlandırdı: "O, özünü Allah qiyafəsində görür..."

Poroşenko Putini "anormal" adlandırdı: "O, özünü Allah qiyafəsində görür..."

Poroşenko Putini "anormal" adlandırdı: "O, özünü Allah qiyafəsində görür..."
Shafaqadogru.com xəbər verir ki, Ukraynanın beşinci prezidenti Pyotr Poroşenko İtaliyanın "Gecə xəbərçisi" (Corriere Della) qəzetinə verdiyi müsahibəsində Rusiya lideri Vladimir Putini  "anormal" adlandırıb.
 
"Putin normal insan deyil, o, özünü təkcə millətinin rəhbəri qismində görmür: o, özünü imperatorla Allah arasında yarıyolda görür. Mən onunla saatlarla söhbət aparmışam və onun oyununun nədən ibarət olduğunu bilirəm: vəziyyətdən yararlanmaq",- Poroşenko Rusiya Fererasiyasının Ukraynaya mümkün müdaxiləsi ətrafında yaranan vəziyyəti şərh edərkən bəyan edib.
 
Poroşenkonun sözlərinə görə, 2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Ukraynada belə olub, bu zaman Putinin aqressiv hərəkətlərinə xaricdən heç bir reaksiya verilmədi...
 
"O, mənimlə Minskdə sülh razılaşmalarını imzalayıb, sonra da onları rahatca görməzdən gəldi. Reaksiya oldumu? Xeyr, reaksiya sıfra bərabər oldu. O, Vaqner dəstələrindən istifadə edərək, Suriyaya və Liviyaya girdi və heç nə baş vermədi. Keçən ilin aprelində o, öz qoşunlarını Ukrayna ilə sərhəddə topladı. Nəticə nə oldu? Baydenlə görüşə layiq oldu! O, həmin Baydendir ki, onu "qatil" adlandırıb! Heç bir cəza olmadı!",- o, belə deyib.
 
Ukraynanın sabiq liderinin sözlərinə görə, son aylar Putin anlayıb ki, "şantaj keçərlidir, çünki ətrafda hamı zəifdir: Merkel gedib, Fransada seçkilərdir, İtaliya özünə yeni dövlət başçısı seçməlidir, Macarıstan xüsusi vəziyyətə düşüb, Avstriyada kansler istefaya gedib". Rusiyanın gerçək təhlükəsi barədə danışarkən, Poroşenko vəziyyəti "çox təhlükəli" adlandırıb.
 
"Fakt odur ki, bir neçə ay ərzində sərhəddə Rusiya qoşunlarının sayı 80 mindən 130 minədək çoxalıb. Bizim təhlükəsizliyimiz  Belarusun Putin tərəfindən anşlyusundan ( birləşmə) sonra pisləşib: Rusiya ilə iki minlik sərhədə biz Belarusla sədrhədi də əlavə etməliyik, bu isə daha 1100 km deməkdir. Biz üç tərəfdən mühasirədəyik. İnanın ki, bu, təhlükəli vəziyyətdir. Xüsusi xidmət orqanlarının hamısı bunu görür. Müttəfiqlərimiz bizə deyir ki, bu, ikinci dünya müharibəsindən sonra ən yüksək təhlükədir",- o, belə deyib.
 
Poroşenko həmçinin qeyd edib ki, Rusiya vətəndaşlarına Putin tüpürüb. "O, iqtisadi xarabalıqdan qorxmur. Onun xalqına satmağa heç nəyi yoxdur. Rusiyanın heç bir zənginliyi yoxdur, heç bir azadığı, demokratiyası yoxdur", - o, belə deyib və Avropa ölkələrini Putinin aqressiv siyasətinə qarşı səylərini birləşdirməyə çağırış edib. "Əgər Avropa Ukrayna məsələsində ayrıseçkiliyə yol versə, uduzacaqdır", - Poroşenko xəbərdarlıq edib.