Şəfəqə Doğru » Gündəm » 37 NƏFƏRİN QATİLİ BU QIZDIR – RƏSMİ AÇIQLAMA

37 NƏFƏRİN QATİLİ BU QIZDIR – RƏSMİ AÇIQLAMA

37 NƏFƏRİN QATİLİ BU QIZDIR – RƏSMİ AÇIQLAMA

Türkiyənin Daxili İşlər Nazirliyi martın 13-də Ankarada baş verən terror aktı ilə bağlı rəsmi açıqama yayıb.

Türkiyə mətbuatı xəbər verir ki, 37 nəfərin ölümü, 125 nəfərin yaralanmasına səbəb olan terror aktıının Səhər Çağla Demir tərəfindən törədildiyini rəsmən təsdiqləyib.
Aparılan araşdırma zamanı məlum olub ki, Səhər Çağla Demir 2013-cü ildən PKK terror təşkilatı ilə əlaqədə olub. O, daha sonra Suriyaya keçib və PKK-nın Suriya qanadı olan YPG terror təşkilatında terror təhsili alıb.

Türkiyə DİN Ankara terrorunun PKK tərəfindən törədildiyini elan edib.

Qeyd edək ki, Ankarada terror aktı törədən tələbə qız Səhər Çağla Dəmir bir müddət jurnalist işləyib. O, "Cumhuriyet” qəzetinin əməkdaşı olub.

Terrorçu qız 1992-ci ildə Qars şəhərində anadan olub. O, Balıkəsir Universitetində turizm və otelçilik ixtisası üzrə təhsil alıb.

2013-cü ildə ailəsi onun itkin düşməsi barədə polisə müraciət edib və araşdırma zamanı məlum olub ki, Səhər Çağla Dəmir PKK silahlılarına qoşularaq dağa çıxıb. Bir müddət sonra Balıkəsirə qayıdan tələbə qız saxlanılıb və haqqında cinayət işi açılıb. Onunla birgə 4 tələbə yoldaşı da məhkəmə qarşısına çıxarılıb.

Qeyd edək ki, martın 13-də Ankarada baş verən terror aktı nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb.