Şəfəqə Doğru » Gündəm » 55 YAŞLI MÜƏLLİM NİYƏ İNTİHAR ETDİ? – MƏKTUBU TAPILDI

55 YAŞLI MÜƏLLİM NİYƏ İNTİHAR ETDİ? – MƏKTUBU TAPILDI

55 YAŞLI MÜƏLLİM NİYƏ İNTİHAR ETDİ? – MƏKTUBU TAPILDI

Xəbər verdiyimiz kimi, bu gün Quba rayonunda intihar hadisəsi baş verib. Rayonun Xaltan kənd sakini, 1961-ci il təvəllüdlü Bayram Seyidov yaşadığı evdə özünü asıb.

 

Uzun müddət müəllim işləmiş Seyidov intihar etməzdən öncə bu barədə "Facebook” səhifəsində yazıb.

Qubanın Xaltan kəndinin bələdiyyə sədri Budaq Şıxnəsirli  bildirib ki, Bayram Seyidov gecə saat 12-yə kimi ailəsinin yanında olub. Daha sonra ata yurduna gələrək səhər saat 6 radələrində intihar edib.

Bələdiyyə sədri bildirib ki, B. Seyidov orta məktəbdə uzun müddət ibtidai sinif müəllimi işləyib, 5 il əvvəl isə Xaltan kəndinin bələdiyyə sədri seçilib.

"O, 5 il bələdiyyə sədri işləyib. Növbəti seçkidə səs qazana bilməyib. Son vaxtlar işsiz idi. 4 oğlu və bir qızı var. Həyat yoldaşı da yaxşı insandır. Hələlik onun intiharı haqda nəsə demək mümkün deyil. Ailəsi də bunun səbəbini bilmir. Müəmmalı məsələdir. Maddi cəhətdən çətinliyi olmayıb. Kənddə iki evi var. Biri ata yurdu, birini də sonradan alıb.

Gecə saat 12-yə kimi öz ailəsinin yanında olub. Ondan sonra ata yurduna gəlib, "Facebook” səhifəsində özünü asacağını yazıb. Səhər saat 6-da intihar edib. İntihardan əvvəl məktub yazıb. Məktubda qeyd edib ki, "dövlət orqanlarının nümayəndələri gəlməmiş heç kim üstümə gəlməsin”. Hazırda heç kim ona yaxın getmir”.

Bələdiyyə sədri bildirib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır: "İntiharın qabaqcadan planlaşdırıldığı deyilir. Yaxşı insan idi, haqqında mənfi söz demək olmaz. Mərhumun psixoloji durumu normal olub. Dünən bizim idarəyə gəlmişdi. İş yoldaşlarımızla söhbət edib, domino oynayırdı. Söhbət zamanı mədə ağrılarından şikayətlənirdi”.

Mərhumun dostu İsmayıl Bəndəliyev onunla sonuncu dəfə gecə saat 4-də danışdığını deyib: "Tez-tez görüşürdük. Gecə saat 4-də mənə zəng etdi. Soruşdu ki, yatmamısan? Sonra mənə uzun yolçuluğa çıxdığını dedi. Soruşdum ki, hara gedirsən? Dedi, hamı ilə sağollaşmışam, bu, sənə son zəngimdir”.

Dostunun dediyinə görə, Bayram Seyidov 3-4 ay bundan əvvəl də intihar etmək istəyib: "Deyirdi ki, bu həyatdan bezmişəm. Ailə problem yox idi, kefindən də qalmırdı, hər yerə gedirdi, gəzirdi. Sadəcə yaşamaq istəmirdi. Həmişə özünü asmaqdan söhbət edirdi”.