Şəfəqə Doğru » Gündəm » Bakıda bina çökdü, xəsarət alanlar var - Rəsmi

Bakıda bina çökdü, xəsarət alanlar var - Rəsmi

Bakıda bina çökdü, xəsarət alanlar var - Rəsmi

Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.

İlkin məlumata görə hadisə zamanı bir neçə şəxs xəsarət alıb.

Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.