Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxilolan 2550 sayda tibbi xidmət ödənişsiz göstərilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrəDövlət Agentliyindən məlumat verilib.
Qeyd olunan 2550 sayda tibbi xidmətə daxildir:
ilkin səhiyyə xidməti - 35təcili və təxirəsalınmaz tibbi yardım xidməti - 6ixtisaslaşdırılmış ambulator yardım xidmət - 508laboratoriya xidməti – 731fizioterapiya xidməti – 26invaziv radiologiya xidməti – 39stasionar cərrahi xidmət - 950stasionar terapevtik xidmət – 255
Həmçinin bildirilib ki, ölkədə geniş yayılmış, əlillik və ölümriski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbisığorta təminatı hesabına həyata keçirilir.
"Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyininsultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digərürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin,mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion vəparazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar,zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi, eləcə də, göz,qulaq, burun və boğaz xəstəliklərinin müalicəsi icbari tibbisığorta təminatı hesabına həyata keçirilir" - deyə məlumatdabildirilib.