Şəfəqə Doğru » Gündəm » Rus ordusu İrpenə daxil oldu - Ağır döyüşlər gedir

Rus ordusu İrpenə daxil oldu - Ağır döyüşlər gedir

Rus ordusu İrpenə daxil oldu - Ağır döyüşlər gedir

Rusiya ordusu Ukraynanın İrpen şəhərinin bir hissəsinə daxil olub. Şəhərin digər hissəsində döyüşlər gedir.

Shafaqadogru.com  xəbər verir ki, bunu İrpen şəhərinin meri Aleksandr Markuşin deyib.

"Bu gün saat 10:00-da İrpendən uşaq, qadın və qocaların növbəti təxliyyəsi baş tutacaq. Avtobuslar Romanovkada gözləyəcək və insanları Kiyev dəmir yolu stansiyasına aparacaq”, - mer qeyd edib.

Bundan əvvəl mer İrpenin öz mövqelərini təslim etməsi ilə bağlı məlumatları təkzib etmişdi: "İrpenin bir hissəsi həqiqətən də rus işğalçıları tərəfindən ələ keçirilib, lakin İrpenin bir hissəsi döyüşür və öz mövqelərindən əl çəkmir! Mən hamının başa düşməsini istəyirəm - bu, rəsmi məlumatdır”.Ukrayna mediası bildirir ki, İrpen şəhərinin sakinləri üç gündən artıqdır işıqsız, susuz və istiliksiz qalıb, işğalçılar vətəndaşlara evlərini tərk etməyi qadağan ediblər. Martın 6-da işğalçılar İrpendən təxliyə zamanı atəş açmış, 8 nəfəri öldürmüşlər.