Şəfəqə Doğru » Gündəm » Rusiyanın ardınca Belarus da Avropa Şurasından qovuldu...

Rusiyanın ardınca Belarus da Avropa Şurasından qovuldu...

Rusiyanın ardınca Belarus da Avropa Şurasından qovuldu...
Ötən gün Avropa Şurasının Nazirlər Komitəsi Ukraynada müharibə ilə əlaqədar olaraq Belarusla münasibətlərinə xitam verib.
 
"Nazirlər Komitəsi Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzündə fəal iştirakına görə Belarusla bütün münasibətlərə xitam verilməsi barədə qərar verib. Öz qərarı ilə Nazirlər Komitəsi Belarusu Təşkilatın bütün iclasları və tədbirlərində iştirak etmək hüququnu dayandırır", Avropa Şurasının məlumatında belə deyilir.
 
Eyni zamanda Şura Belarusun vətəndaş cəmiyyəti və sürgündə olan müxalifəti ilə münasibətləri saxlamaq və möhkəmləndirmək niyyətindədir.
 
Belarus Respublikası Avropa Şurasının üzvü deyil, çünki insan haqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı təsdiq etməyib, lakin Belarus təşkilata qəbul edilməsi üçün namizəddir.
 
Rusiya Federasiyası Avropa Şurasını rəsmi olaraq tərk edərkən, "müqəddəs ifada" bulunub: "8 il ərzində Donbas bombalananda harada idiniz?"
 
Komitənin bəyanatından sonra Belarus XİN bəyan edib ki, "Avropa Şurası Qərbdə beynəlxalq dialoq üçün bütün kanalları maksimal şəkildə məhdudlaşdırmağa və ya tamamilə bağlamağa çalışan qüvvələrin yedəyində gedib".
 
İdarənin fikrinə görə, bu, "uzaqgörən mövqe" deyil, ilk növbədə təşkilatın özünə ziyan vurur.
 
"Dialoqun bərpasına hazır olduğumuza rəğmən, biz Avropa Şurasının Belarus tərəfinin iştirak etdiyi hüquqi mexanizmlərinin onların hazırki mərhələdə bizim milli maraqlarımıza uyğunluğu nöqteyi- nəzərindən gerçəkdən tələb olunmasının təftişini aparmaq niyyətindəyik", - XİN vurğulayıb.
 
Belarus öz ərazisindən Rusiya qoşunları tərəfindən istifadəsinə imkan verməklə dolayısıyla Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edir.
 
Belarus prezidenti Aleksandr Lukaşenko dəfələrlə bəyan edib ki, Rusiyanın hərəkətlərini dəstəkləyir və istənilən an Rusiya ordusuna dəstək verməyə hazırdır.