Şəfəqə Doğru » Gündəm » Putin Ukrayna ilə, Simonyan isə Azərbaycanla döyüşür

Putin Ukrayna ilə, Simonyan isə Azərbaycanla döyüşür

Putin Ukrayna ilə, Simonyan isə Azərbaycanla döyüşür

Marqarita Simonyanın «Sputnik Armenia»sı yenə də böhtan dolu informasiya yaymaqla məşguldur. Onun yaydığı xəbərdə deyilir: «Azərbaycan Ordusu Qarabağın Xocalı (keçmiş Əsgəran) rayonunun Fərrux kəndi yaxınlığında təmas xəttini keçib. Hadisə martın 24-də saat 16:00 radələrində baş verib. Qarabağ Müdafiə Ordusunun və Rusiya Federasiyasının sülhməramlı kontingentinin nümayəndələri danışıqlar yolu ilə Azərbaycan tərəfinin irəliləyişinin qarşısını almağa və onu ilkin mövqelərinə qaytarmağa çalışırlar».

Daha sonra deyilir: «Təhlükəsizlik məqsədilə Əsgəran rayonunun Xramort kəndindən qadınlar və uşaqlar təxliyə edilib».

Qarabağ hakimiyyəti sakinlərdən sakit olmağı və təmas xəttinin digər hissələrində vəziyyətin sakit olduğunu bildirməyi xahiş edir.
Volkov adlı bir rus «alkaşı» içəridə, bir erməni ruporu Kremldə Azərbaycan əleyhinə dayanmadan təxribatlar yaymaqla məşğuldurlar.

Azərbaycan MN bu məlumatı təkzib edib.fedai