Şəfəqə Doğru » Gündəm » "O, prezident kimi yararsızdır... Üç axmaq oğru onu barmağına doladı..."

"O, prezident kimi yararsızdır... Üç axmaq oğru onu barmağına doladı..."

"O, prezident kimi yararsızdır... Üç axmaq oğru onu barmağına doladı..."
"Putin həqiqətən bu illər ərzində ölkəsi ilə məşğul olsaydı, o zaman Rusiya o qədər cəlbedici olardı ki, bəlkə Ukrayna özü də ona tərəf baxmağa başlayardı..."
 
Bu günlərdə ölkəsini tərk etmiş rusiyalı teleaparıcı və publisist Aleksandr Nevzorov Rusiya prezidenti Vladimir Putini peşəkar prezident işi üçün yararsız adlandırıb.
 Shafaqadogru.com  xəbər verir ki,  tanınmış jurnalist bunu "QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində söyləyib.
 
"Putin, təəssüf ki, prezident kimi yararsızdır. Üç oğru axmağın "Bilirsən, Vova...(söyüş), bizim ordumuz var, biz hamını batıracağıq!" -deyərək onu barmağına sarıya biləcəyi adam peşəkar baxımdan yararlı ola bilməz... O da inanır! Onun ağlına gəlmir ki,  yoxlamaq və ordunun olmadığını öyrənmək lazımdır”, - deyə Nevzorov bildirib.
 
Onun fikrincə, son onilliklər ərzində Rusiya ordusu praktiki olaraq keyfiyyətcə dəyişməyib.
 
"Bu ordu Çeçenistanın qara torpağından çıxarılaraq yenidən boyanmış, ordan-burdan görünən naqilləri olan həmin dəmir nəcisin üzərində  oturur. Bunlar eyni  ZTR-lərdir(zirehli transportyorlar-S.L.) - mən onları tanıyıram - həmin tanklardır... Üzərinə od qiymətinə bir neçə raket əlavə edilib. Bir neçə raket düzəltmək üçün bütün ölkəni qarət etdilər, 20 il ərzində əyalətlərə yoxsulluq yaşatdılar "- rus jurnalist belə deyib.
 
O, qeyd edib ki, Putinin hakimiyyətdə olduğu onilliklər ərzində Rusiyada həyat müsbətə doğru dəyişməyib.
 
"Əgər o, həqiqətən bu illər ərzində ölkəsi ilə məşğul olsaydı, o zaman Rusiya o qədər cəlbedici olardı ki, bəlkə Ukrayna özü də ona tərəf baxmağa başlayardı... Xeyr! Onlar Ukraynaya olan hisslərini yalnız zorlama yolu ilə reallaşdırmağa hazırdırlar; yalnız qan, ağrı, sancılar, hər kəs üçün əzab və özləri üçün faciəli nəticə ilə " -deyə Nevzorov vurğulayıb.