Şəfəqə Doğru » Gündəm » ABŞ-da ananın körpəsini öldürməsinə icazə verən qanun layihəsi hazırlandı...-VƏHŞƏT

ABŞ-da ananın körpəsini öldürməsinə icazə verən qanun layihəsi hazırlandı...-VƏHŞƏT

ABŞ-da ananın körpəsini öldürməsinə icazə verən qanun layihəsi hazırlandı...-VƏHŞƏT
"Aprelin 11-dən amerikalılara  pasportlarının hazırlanması zamanı üçüncü cinsi göstərməyə icazə veriləcək. Əgər şəxs özünü nə  kişi, nə qadın hesab etmirsə, o zaman "cins" sütununda "X" hərfini qoya biləcək..."
 
Kaliforniyada ştat qubernatoru yanında fəaliyyət göstərən gələcəyin abortları üzrə  şuranın nümayəndələri ananın doğuşdan sonra bir həftə ərzində öz uşağını öldürməsinə icazə verən qanun layihəsi hazırlayıblar.  Belə bir qətl ananın "öz reproduktiv hüquqlarını həyata keçirməsi” hesab ediləcək. 
 
Shafaqadogru.com   xarici İslam saytlarına istinadla xəbər verir ki,  bu haqda ABŞ-ın "Miami Standard News" nəşri məlumat yayıb.
 
Üzdəniraq qanun layihəsində "uşaq öldürmə”, "perinatal ölüm” kimi "cinayət ittihamlarından müdafiə” kimi anlayışlar da yer alıb.
 
Dun xadimləri hesab edir ki, Kaliforniyada hazırlanan və anaların həyatının ilk həftəsində öz uşaqlarını öldürməsinə icazə verən qanun layihəsi psixi çaşqınlıq nəticəsində ortaya çıxıb.
 
Ənənəvi, bəşəri dəyərlərə söykənən cəmiyyəti şoka salan başqa bir açıqlama Co Baydenin transgender insanlar haqqında dediyi sözlərdir. ABŞ prezidenti transseksuallara dəstək sözləri ilə müraciət edərək, onların "Allahın surəti əsasında"(əstəğfürullah) yaradıldıqlarını bildirib.
 
"Transgenderlərin Görünmə gününü qeyd edənlərin hamısına bildirmək istəyirəm ki, prezidentiniz sizi görür. Jill, Kamala, Duq və mənim bütün administrasiyam sizi olduğunuz kimi görür”, - deyə Bayden həyat yoldaşı Jill Bayden, ABŞ vitse-prezidenti Kamala Harris və onun əri Duqlas Emhoffa istinad edərək video-müraciətində bildirib.
 
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvarında seçildikdən sonra Bayden sələfi Donald Trampın transseksualların orduda xidmət etməsini qadağan edən fərmanını ləğv edib. Bu həftə isə məlum olub ki, aprelin 11-dən amerikalılara  pasportlarının hazırlanması zamanı üçüncü cinsi göstərməyə icazə veriləcək. Əgər şəxs özünü nə  kişi, nə qadın hesab etmirsə, o zaman "cins" sütununda "X" hərfini qoya biləcək...
 
Zəruri şərh: 
 
Xatırladaq ki, Peyğəmbərimiz Məhəmməd Əleyhissəlam zamanındən öncə cahiliyyə dövründə yaşayan ərəblər yeni doğulmuş qız övladlarını diri-diri basdırırmışlar. Peyğəmbərimiz(ə.s.) həmin vəhşiliyə son qoyub...