Şəfəqə Doğru » Gündəm » Brüsseldə Əliyev-Paşinyan görüşü keçirilir - VİDEO/YENİLƏNDİ

Brüsseldə Əliyev-Paşinyan görüşü keçirilir - VİDEO/YENİLƏNDİ

Brüsseldə Əliyev-Paşinyan görüşü keçirilir - VİDEO/YENİLƏNDİ
Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçirilir.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüş işçi nahar formasında davam edəcək.
 
***

Aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.
 
Sfera.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.
 
Sonra birgə foto çəkdirilib.
 
***
 
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
 
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.