Shafaqadogru.com xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.
"Sülhməramlı kontingentin mühəndis-istehkam dəstələri ərazinin yoxlanılması, minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsini davam etdirir. Gün ərzində 1,8 hektar ərazi təmizlənib", - məlumatda deyilir.