Sfera.az-a verilən məlumata görə, hadisə rayonun Zəyəm stansiyasının yaxınlığında qeydə alınıb.
Dəmiryolunu keçmək istəyən iki nəfəri yük qatarı vurub.
Hadisə yerinə təcili tibbi yardım birqadaları cəlb olunub.
***
Şəmkirdə yük qatarının iki nəfəri vurmasının təfərrüatları bəlli olub.
Qəza nəticəsində Sabir kənd sakini, 2003-cü il təvəllüdlü Nurcan Ələkbər qızı Məmmədova və Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Aysel Nizami qızı Həsənova xəsarət alıb.
Qatarın fit səsini gec eşitdiyindən lokomotivin küləyi onları vuraraq kənara atıb.
Müxtəlif bədən xəsarətləri alan hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.