Şəfəqə Doğru » Gündəm » Tramp Ukraynada baş verənləri soyqırımı adlandırdı

Tramp Ukraynada baş verənləri soyqırımı adlandırdı

Tramp Ukraynada baş verənləri soyqırımı adlandırdı

ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukraynada baş verən hadisələri soyqırımı adlandırıb.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Tramp "Fox News” telekanalına müsahibəsində deyib.

Keçmiş dövlət başçısı "Ukraynada baş verənlər soyqırımıdır” deyərək, Rusiyanın hərbi əməliyyatları ilə bağlı mövqeyini ifadə edib.

Qeyd edək ki, ABŞ-ın hazırki prezidenti Co Bayden də Rusiyanın Ukrayna ilə bağlı siyasətini soyqırımı adlandırmışdı.