Shafaqadogru.com-un məlumatına görə, bununla bağlı politoloq Zaur Məmmədov deyib ki, hər üç ad və onların yanında olan digərləri bəzi xarici dairələr tərəfindən müdafiə edilirlər:
"Hətta, bəzi paytaxtlar Totoyan və Vanesyanı Nikoldan sonrakı hakimiyyət üçün ən uğurlu seçim adlandırırlar. Əlbəttə ki, Azərbaycan və Ermənistan arasında son razılaşmalar və təkbətək görüşlər fonunda sülhün əldə edilməsi istiqamətində aparılan işlər Hayastanın daxilindəki bəzi qüvvələr və regiona qonşu olan iki dövlət üçün də arzuolunmazdır. Vanesyanı, Safaryanı, Saqatelyanı və digərlərini məhz həmin qüvvələr küçələrə çıxarırlar”.
Politoloq başverən hadisələr fonunda Azərbaycanın hansı addımı atmalı olduğunu da açıqlayıb:
"Hazırda orada baş verənlərin necə bitməsindən asılı olmayaraq, rəsmi Bakı hədəflərinə çatacaq. Əgər Ermənistan sülhdən yayınarsa, bu Qafqazda yeni sərhədlərin ortaya çıxması ilə nəticələnəcək”,