Şəfəqə Doğru » Gündəm » Pensiyalarla bağlı dəyişiklik Milli Məclisdə müzakirəyə çıxarılır

Pensiyalarla bağlı dəyişiklik Milli Məclisdə müzakirəyə çıxarılır

Pensiyalarla bağlı dəyişiklik Milli Məclisdə müzakirəyə çıxarılır

"Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər sabah Milli Məclisdə müzakirəyə çıxarılacaq.

 Shafaqadogru.com  xəbər verir ki, dəyişiklik layihəsi parlamentin Əmək və sosial siyasət komitəsinin sabahkı iclasının gündəliyinə daxil edilib.


Bundan əlavə, iclasda təklif edilən layihə əsasında "Sosial müavinətlər haqqında” Qanuna uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi də müzakirə olunacaq.

 

Əmək və sosial siyasət komitəsinin gündəliyində olan üçüncü məsələ isə Əmək Məcəlləsinə təklif olunan dəyişiklik layihəsidir. Sənədə əsasən, Əmək Məcəlləsinin 74-cü maddəsinə bir sıra əlavələr edilir. Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan xüsusi hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab ediləcək.  

 

Müzakirələrdən sonra dəyişikliklərin plenar iclasa tövsiyə olunması gözlənilir.