Şəfəqə Doğru » Gündəm » Çin Azərbaycandan keçəcək yeni dəmir yolu marşrutunu İŞƏ SALIB

Çin Azərbaycandan keçəcək yeni dəmir yolu marşrutunu İŞƏ SALIB

Çin Azərbaycandan keçəcək yeni dəmir yolu marşrutunu İŞƏ SALIB
Çin dəmir yolları Çin və Almaniyanı birləşdirəcək yeni Sian-Mannheim qatarının işə salındığını elan edib.
 
Yeni reys Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçəcək. Beləliklə, qatar iki dənizi - Xəzəri və Qara dənizi keçməklə yanaşı, 11,3 min kilometr məsafə qət etməli olacaq.
 
Dənizdən keçmək üçün dəniz nəqliyyatından istifadə olunacaq. Aprelin 13-də idman malları ilə yüklənən ilk qatar Sian şəhərindən yola düşüb.
 
Sian Azad Ticarət Limanının Tikintisi və Əməliyyat şirkətinin baş direktoru Yuan Syaotsyunun sözlərinə görə, əvvəllər az sayda Çin-Avropa qatarının keçdiyi ölkələri və bölgələri əhatə edən yeni marşrut həm Çinə, həm də beynəlxalq müəssisələrə beynəlxalq ticarət üçün yeni bazarlar açır. (Apa)